Operativ Məlumat Mərkəzi

Lautaro Martines İngiltərəyə keçə bilər

1 dəq
Paylaş:
Lautaro Martines İngiltərəyə keçə bilər
bu barədə "Fichajes" portalı məlumat yayıb. İngiltərə klubu futbolçu üçün 120 milyon avro təklif etməyə hazırlaşır. Xatırladaq ki, qış transfer pəncərəsi...

"Arsenal" "İnter"in hücumçusu Lautaro Martinesi transfer etməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Fichajes" portalı məlumat yayıb.

İngiltərə klubu futbolçu üçün 120 milyon avro təklif etməyə hazırlaşır.

Xatırladaq ki, qış transfer pəncərəsi zamanı “Arsenal” fəal şəkildə yeni forvard axtarışına çıxsa da, heç kimi ala bilməyib.

Bu mövsüm 27 yaşlı Martinez bütün turnirlərdə 31 oyun keçirib, 15 qol vurub və 6 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalının mütəxəssisləri futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər