Əsas məzmuna keç

İsrailin XİN rəhbəri Prezident İlham Əliyevə təşəkkür edib

İsrailin XİN rəhbəri Prezident İlham Əliyevə təşəkkür edib

bunu İsrailin XİN başçısı Eli Kohen bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra deyib. O xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan...

İsrailin naziri Təl-Əvivdə səfirliyin açılması ilə bağlı tarixi qərara görə İlham Əliyevə təşəkkür edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İsrailin XİN başçısı Eli Kohen bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra deyib.

O xatırladıb ki, bir neçə gün əvvəl səfiri etimadnaməsini İsrail Prezidentinə təqdim edib: “Əminəm ki, səfir Muxtar Babayevin rəhbərlik etdiyi bu diplomatik missiya hökumətlərimiz və xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirəcək mühüm körpü olacaq”.

“Azərbaycanın İsraildə Səfirliyinin açılması qərarı son 30 ildə inkişaf edən strateji əlaqələrimizin dərinliyinin göstəricisidir”, - E.Kohen vurğulayıb.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…