Əsas məzmuna keç

İran Avropanın tələbi ilə Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil

İran Avropanın tələbi ilə Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil

bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Rusiya ilə normal...

İran Avropa ölkələrinin tələbi ilə ilə münasibətlərini dayandırmaq niyyətində deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi konfransında bəyan edib.

Onun sözlərinə görə, Rusiya ilə normal münasibətlər saxlayan ölkələrdən Avropanın çağırışları əsasında bu əlaqələri kəsməyi gözləmək məntiqsizdir.

Baqayi vurğulayıb ki, Avropa dövlətləri əvvəlcə öz davranışlarını və Ukraynadakı münaqişənin yaranma səbəblərini təhlil etməlidirlər.

“Başqalarını tənqid etməzdən əvvəl öz hərəkətlərinə görə məsuliyyət daşımaq və günahı başqalarının üzərinə atmaqdan imtina etmək lazımdır. Bu yanaşma problemin həllinə kömək etmir”, – deyə İran XİN sözçüsü bildirib.

Xatırladaq ki, dekabrın 15-də Rusiya naziri Sergey Lavrov da Avropanın böhranının mümkün nəticələri barədə əvvəlcədən xəbərdar edildiyini, lakin Qərbin buna məhəl qoymadığını açıqlamışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…