Əsas məzmuna keç

İlham Əliyevin Fitso ilə təkbətək görüşü olub - YENİLƏNİB

İlham Əliyevin Fitso ilə təkbətək görüşü olub - YENİLƏNİB

söhbət zamanı Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirilib. Ötən il Baş nazir Robert Fitsonun ölkəmizə,...

Dekabrın 9-da Bratislavada Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, söhbət zamanı Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirilib. Ötən il Robert Fitsonun ölkəmizə, hazırda isə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərlərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə böyük töhfə verəcəyinə əminlik vurğulanıb.

Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilərək, digər istiqamətlər üzrə də əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu bildirilib.

Robert Fitso Azərbaycanla arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Təbriklərə görə minnətdarlığını bildirən regional sülhün təmin olunması istiqamətində Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.

Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda Slovakiya şirkətinin iştirakı məmnunluqla qeyd olunub, ölkələrimizin arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Slovakiyanın Baş naziri dövlət başçısını qarşılayıb.

və Slovakiyanın Baş naziri birgə foto çəkdirdilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…