Əsas məzmuna keç

“Horadiz” sərhədindən ölkəyə külli miqdarda narkotik gətirməyə cəhd edən şəxslər saxlanılıb

“Horadiz” sərhədindən ölkəyə külli miqdarda narkotik gətirməyə cəhd edən şəxslər saxlanılıb

Ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sahibsiz halda 10-ER-545 dövlət...

Ötən gün Dövlət Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “” sərhəd dəstəsinin ərazisində sahibsiz halda 10-ER-545 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı nəqliyyyat vasitəsi aşkar edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılmış, pilotsuz uçuş aparatı (PUA) vasitəsilə şübhəli şəxslərin axtarışına başlanılıb.

Keçirilmiş sərhəd axtarışı və tədbirləri nəticəsində əllərində bağlama ilə avtomobilə yaxınlaşan Ağdam rayon sakinləri – 1989-cu il təvəllüdlü Məmmədov Taleh Natiq oğlu və 1991 ci il təvəllüdlü İsmayılov Əhəd Natiq oğlu saxlanılıb.

Bağlamaya baxış zamanı ümumi çəkisi 5 kiloqram 800 qram marixuana götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…