Əsas məzmuna keç

Gürcüstan və Ermənistan XİN rəhbərləri regional sülhün vacibliyini müzakirə ediblər

Gürcüstan və Ermənistan XİN rəhbərləri regional sülhün vacibliyini müzakirə ediblər

bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Görüşdə iki ölkə arasında uğurlu strateji tərəfdaşlıqdan məmnunluq ifadə olunub və...

Gürcüstanın naziri Maka Boçorişvili Nazirlər Şurasının Vyanada keçirilən 32-ci toplantısı çərçivəsində Ararat Mirzoyanla görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüşdə iki ölkə arasında uğurlu strateji tərəfdaşlıqdan məmnunluq ifadə olunub və mövcud sıx əməkdaşlığın daha da dərinləşdirilməsinə hazırlıq bir daha təsdiqlənib.

Gürcüstanla arasında yüksək səviyyəli səfərlərin mübadiləsinin dinamikası müsbət qiymətləndirilib.

XİN başçıları regionda baş verən proseslər ətrafında da fikir mübadiləsi aparıblar. Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərqərar olmasının vacibliyi və Gürcüstanın bu prosesə töhfə verməyə hazırlığı vurğulanıb.

Tərəflər münasibətlərin daha da inkişafı və dərinləşdirilməsi üçün müxtəlif sahələrdə fəal əməkdaşlığa hazırlıqlarını bildiriblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…