Əsas məzmuna keç

Bakıda sprint yarışının qalibi bəlli olub - YENİLƏNİB

Bakıda sprint yarışının qalibi bəlli olub - YENİLƏNİB

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "AIX...

Bakıda keçirilən "Formula 2" üzrə Qran-prisində yarışının olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "AIX " komandasından Coşua Dürksen bütün rəqiblərini qabaqlayıb.

"Dams Lucas Oil"dən Jak Kravford ikinci, "Preme Racing"dən Qabriele Mini üçüncü yeri tutub.

Ötən gün "Formula 2"də sınaq yürüşündə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda "Trident" komandasından Rixard Versxor birinci olublar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

***

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, mübarizəyə saat 14:15-də start verilib.

Ötən gün "Formula 2"də sınaq yürüşündə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda "Trident" komandasından Rixard Versxor birinci olublar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…