Əsas məzmuna keç

Əli Əsədov Almatıda işgüzar səfərdədir

Əli Əsədov Almatıda işgüzar səfərdədir

Azərbaycanın Baş naziri Qazaxıstanın Baş naziri Oljas Bektenovun dəvəti ilə şəhərində səfərdədir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, Almatı Hava Limanında Ə.Əsədovu Qazaxıstan Baş nazirinin müavini - hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayev və digər rəsmi şəxslər qarşılayıblar.

Ə.Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək.

O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…