Əsas məzmuna keç

Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları təsdiqlənib

Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları təsdiqlənib

bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Daşınmaz abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının...

abidələrin pasportlaşdırılması qaydaları və daşınmaz abidələrin pasportunun nümunəvi forması təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qərar imzalayıb.

Daşınmaz abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şuşa şəhərinin ərazisində yerləşən daşınmaz abidələrə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (qurumu) həyata keçirir.

Daşınmaz abidənin pasportu bu Qaydalara uyğun olaraq verilən və müvafiq olaraq “Daşınmaz abidələrin pasportunun nümunəvi forması”nda göstərilən məlumatları özündə əks etdirən vahid sənəddir.

Pasport Azərbaycanın mülkiyyətidir və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olunmaqla onda dəyişiklik edilməsinə yol verilmir.

Daşınmaz abidələrin pasportlaşdırılması ilə bağlı xərclər dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

Daşınmaz abidələr üzərində aparılacaq əsaslı təmir-bərpa, konservasiya, rekonstruksiya, regenerasiya və digər işlərin layihəsi hazırlanarkən həmin abidənin pasportundakı məlumatlara istinad oluna bilər.

Bu Qaydalar tətbiq edilənədək tərtib pasportlar bu Qaydalara uyğun tərtib olunmuş pasportlara bərabər tutulur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…