Əsas məzmuna keç

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - 05.06.2025

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - 05.06.2025

bu barədə Penitensiar xidmətdən bildirilib. Məhkum Sahil Allahverdi oğlu Əliyevə tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman pendirin...

Ədliyyə Nazirliyinin xidmətinin aparatının əməliyyat- tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə maddələrin keçirilməsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Məhkum Sahil Allahverdi oğlu Əliyevə tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman pendirin içərisində xüsusi üsulla gizlədilmiş 4 ədəd bükülüdə ümumi çəkisi 1,828 qram heroin və ümumi çəkisi 1,355 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", PX-dən bildirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…