Operativ Məlumat Mərkəzi

Ceyranbatanda qaz kəsiləcək

1 dəq
Paylaş:
Ceyranbatanda qaz kəsiləcək
Bu gün Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan...

Bu gün Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, saat 13:00-dan işlər başa çatana qədər Ceyranbatan qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı “Ceyranbatan” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan zaman qəsəbədə qaz kəsiləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər