Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çavuşoğlu Azərbaycana təşəkkür edib

2 dəq
Paylaş:
Çavuşoğlu Azərbaycana təşəkkür edib

Türkiyənin naziri Çavuşoğlu zəlzələdən zərər çəkənlərə yardımlarla bağlı Azərbaycana və digər ölkələrə təşəkkür edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, nazir bu barədə tviter hesabında yazıb.

Mövlud Çavuşoğlu Azərbaycandan, eləcə də digər ölkələrdən gələn xilasedicilərin dağıntıların olduğu yerlərdə apardıqları axtarış-xilasetmə əməliyyatlarının videogörüntülərini paylaşaraq, “Dost dar gündə bəlli olur, təşəkkürlər” sözlərini yazıb.

Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 39 672 nəfərə çatıb, yaralı sayı 105 505 nəfər təşkil edir. Ümumilikdə zəlzələdən 82 min bina zərər çəkib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

və Suriyada böyük dağıntı və on minlərlə itkiyə səbəb olub.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax