Türkiyənin Çanaqqala bölgəsində yanğın baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.
Meşəlik ərazidə baş verən yanğının səbəbi hələ ki bəlli deyil.
Əraziyə yanğınsöndürən briqadalar, meşə təsərrüfatına məxsus su maşınları və hava vasitələri göndərilib.
Qeyd edək ki, Sinopun Durağan və İzmirin Urla rayonlarında çıxan meşə yanğınları isə nəzarət altına alınıb.