Əsas məzmuna keç

Bu il Azərbaycanda 235 bağça təmir olunacaq

Bu il Azərbaycanda 235 bağça təmir olunacaq

bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub. Hesabatda qeyd olunub ki, hər il dövlət ümumi və məktəbəqədər...

Bu il şəhəri və regionlar üzrə 235 təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabatda qeyd olunub ki, hər il dövlət ümumi və məktəbəqədər təhsil müəssisələri monitorinq olunaraq təmir və tikintisinə ehtiyac olan müəssisələr müəyyənləşdirilir, müvafiq cari və dövlət investisiya proqramları çərçivəsində təmir-tikinti işləri həyata keçirilir.

Bildirilib ki, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış müvafiq vəsaitlər hesabına Bakı şəhəri 328 saylı körpələr evi-uşaq bağçasında əsaslı aparılıb.

Həmçinin bu il Bakı şəhəri və regionlar üzrə 235 məktəbəqədər təhsil müəssisəsində cari təmir işlərinin aparılması nəzərdə tutulur.

Eyni zamanda növbəti illərin dövlət investisiya proqramları çərçivəsində yeni məktəbəqədər təhsil müəssisələrinin tikintisi işləri davam etdiriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…