Ukraynada sülhün yeganə yolu Rusiya və ABŞ arasında danışıqlardır, lakin Aİ liderləri hələ də bunun qarşısını almağa çalışırlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, o, ABŞ prezidenti Donald Trampın səylərinə və Rusiya-ABŞ danışıqlarının uğuruna inanmaqda davam edir və “bu, sülhə aparan yeganə yoldur”.
"Əgər Rusiya-Amerika danışıqları sülhə gətirib çıxara bilmirsə, o zaman heç bir şey sülhə apara bilməz. Hər kəsin bu sülh danışıqlarını dəstəkləməsi vacibdir", - Siyarto vurğulayıb.
O, həmçinin Aİ liderlərinin Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə qarşı çıxmaqda davam etməsindən təəssüfləndiyini bildirib.