Əsas məzmuna keç

Bir qrup beynəlxalq səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib

Bir qrup beynəlxalq səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib

səfər dünyaca məşhur MTP (Most traveled People) təşkilatı tərəfindən təşkil olunub. Turistlər iyulun 25-də Şuşa-Xankəndi-Ağdam marşrutu üzrə hərəkət...

Daha bir Qarabağa və Zəngəzura səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfər dünyaca məşhur MTP (Most traveled People) təşkilatı tərəfindən təşkil olunub.

Turistlər iyulun 25-də Şuşa-Xankəndi-Ağdam marşrutu üzrə hərəkət edəcək, iyulun 26-da Laçına, iyulun 27-də isə Cəbrayıl (Xudafərin körpüsü) və Füzuliyə səfər edəcəklər. Səfər zamanı səyyahlar Ermənistanın işğalı altında olduğu illərdə regionunda baş vermiş dağıntılarla, həmçinin rayonda aparılan bərpa işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi bu qrupun səfəri sayca 11-ci olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…