Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 40 yaşlı Elnur Yekəyev saxlanılıb.
Ondan 4 kiloqramdan artıq marixuana və elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin bir hissəsini isə “Günel” adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə etdiyi qanunsuz əməllərə görə axtarışda olan Günel İbişovanın yeri polislər tərəfindən müəyyən olunub və həmin şəxs saxlanılıb.
Onun yaşadığı ünvandan torpağa basdıraraq gizlətdiyi 2 kiloqram 700 qram marixuana və 2412 ədəd metadon həbi aşkarlanıb. G.İbişova narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Balakəndə külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb - FOTO
Foto qalereya
Oxşar xəbərlər
Kriminal
Nigeriyalıların qanunsuz sərhəd keçmə cəhdinin qarşısı alındı
Kriminal
Astara gömrükçüləri İrandan gələn yükdə 22 kiloqramdan çox marixuana aşkar edib
Kriminal
Qanunsuz onlayn kazino fəaliyyəti ilə məşğul olan şəxslər saxlanılıb
Kriminal
Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb
Eyni mövzuda
Daha çox: Kriminal
Kriminal
Qax rayonunda narkotik tərkibli bitkilərə qarşı əməliyyat keçirilib
Kriminal
Qobustanda qanunsuz silah və narkotiklə saxlanılan şəxs həbs edilib
Kriminal
İrandan narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan TIR sürücüsü saxlanılıb
Kriminal