Əsas məzmuna keç

Bakıda intihara cəhdin qarşısı belə alındı - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda intihara cəhdin qarşısı belə alındı - ANBAAN GÖRÜNTÜLƏR

Avqustun 14-ü gecə saatlarında intihara cəhd hadisəsi olub. "Operativ Məlumat Mərkəzi-OMM" FHN-dən bildirilib ki, bir nəfər vətəndaş Bakı şəhərinin...

Avqustun 14-ü gecə saatlarında intihara cəhd hadisəsi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" FHN-dən bildirilib ki, bir nəfər Bakı şəhərinin Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində binanın damına intihara cəhd edib.

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
tərəfindən şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-ci il təvəllüdlü Cəlilov Anar Allahverdi oğlu binanın damına çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq tədbirləri görülüb.

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, binanın damından endirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…