Operativ Məlumat Mərkəzi

Bakı-Qazax yolunda avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb

1 dəq
Paylaş:
Bakı-Qazax yolunda avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb
hadisə Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, minik maşınının sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni...

Bakı-Qazax magistral yolunda baş verən avtomobil qəzasında 4 nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik maşınının sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yol kənarındaki beton dirəyə çırpılıb.

Qəza zamanı sürücü və avtomobildəki üş sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma araşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər