Əsas məzmuna keç

Azərbaycan və Əlcəzair XİN başçıları əlaqələrin genişləndirilməsini müzakirə edib - YENİLƏNİB

Azərbaycan və Əlcəzair XİN başçıları əlaqələrin genişləndirilməsini müzakirə edib - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf arasında iki ölkə arasında dostluq...

naziri Ceyhun Bayramovla Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf arasında iki ölkə arasında dostluq münasibətlərini bir daha təsdiqləyən geniş və konstruktiv ikitərəfli görüş keçiriblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil və mədəniyyət də daxil olmaqla, əməkdaşlığın geniş sahələrində əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edib və yeni istiqamətlərinin araşdırılmasında qarşılıqlı marağı vurğulayıblar.

Görüşdə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı da daxil olmaqla, və regional təşkilatlar çərçivəsində birgə fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Bu əməkdaşlığın ortaq prinsiplər və qarşılıqlı dəstək əsasında qurulduğu qeyd olunub.

Hər iki nazir Azərbaycan-Əlcəzair tərəfdaşlığının daha da dərinləşdirilməsi əzmini ifadə edib, bu əməkdaşlığın regionlarda və onun hüdudlarından kənarda sülhə, inkişafa və rifaha töhfə verəcəyini bildiriblər.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşü başlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hazırda görüş davam edir.

Xatırladaq ki, Əlcəzairdə səfərdədir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…