Əsas məzmuna keç

Azərbaycan Rusiya ilə aqrar məhsulların təchizatını artırmağı müzakirə edib

Azərbaycan Rusiya ilə aqrar məhsulların təchizatını artırmağı müzakirə edib

Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı məhsullarının təchizatının artırılması müzakirə olunub. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Nazirlər...

arasında kənd təsərrüfatı məhsullarının təchizatının artırılması müzakirə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Məlumata görə, bu gün Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut ilə görüşüb.

Görüşdə dövlət başçılarının birgə səyləri nəticəsində iki ölkə arasında ikitərəfli əlaqələrin siyasi, ticarət-iqtisadi, energetika, -tranzit, humanitar və bir çox digər sahələrdə yüksək dinamikası nümayiş etdirdiyi bildirilib. Vurğulanıb ki, iki ölkə arasında iqtisadiyyatın bütün istiqamətlərində olduğu kimi, kənd təsərrüfatı sahəsində də yüksələn xətlə inkişaf edir.

Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsullarının əsas tədarükçülərindən biri olduğu qeyd edilib. Kənd təsərrüfatı məhsullarının təchizatının artırılması ilə bağlı qarşılıqlı maraq ifadə olunub.

Görüşdə iki ölkə arasında aqrar-sənaye kompleksinin müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…