Operativ Məlumat Mərkəzi

Azərbaycan gömrükçüləri 120 000 ədəd aksiz markasız tütün məmulatları aşkar edib

1 dəq
Paylaş:
Azərbaycan gömrükçüləri 120 000 ədəd aksiz markasız tütün məmulatları aşkar edib

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və ərazi əməliyyat struktur bölmələrinin əməkdaşları ümumi sayı 120 000 ədəd aksiz markasız tütün məmulatları aşkar edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə komitəyə istinadən xəbər verir.

Məlumata görə, məmulatlar Mingəçevir şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus "Mercedes-Benz" markalı nəqliyyat vasitəsindən və istifadəsində olan fərdi yaşayış evindən tapılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər