Avstriyada son bir həftədə güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 5 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ORF portalı məlumat yayıb.
Fəlakətdən ən çox Çexiya və Slovakiya ilə həmsərhəd olan Aşağı Avstriya federal əyaləti zərər çəkib.
Yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.