Əsas məzmuna keç

ATƏT Minsk prosesinin bağlanmasını başa çatdırıb

ATƏT Minsk prosesinin bağlanmasını başa çatdırıb

bu barədə ATƏT bəyanat yayıb.“Bütün lazım olan inzibati prosedurların tamamlanması ilə Minsk qrupunun bağlanması prosesi yekunlaşır. Bu proses avqustun...

ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ATƏT yayıb.

“Bütün lazım olan inzibati prosedurların tamamlanması ilə Minsk qrupunun bağlanması prosesi yekunlaşır. Bu proses avqustun 8-də Ağ Evdə ABŞ prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan və İlham Əliyevin imzaladığı müştərək deklarasiyanın nəticəsi olaraq ATƏT-in üzvü olan 57 ölkənin sentyabrın 1-də əldə etdiyi konsensusu həyata keçirdi”, - ATƏT-in bəyanatında qeyd olunub.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Respublikasının Prezidenti və Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…