Operativ Məlumat Mərkəzi

“Arsenal”da ayrılıq gözlənilir

1 dəq
Paylaş:
“Arsenal”da ayrılıq gözlənilir
28 yaşlı braziliyalı futbolçu mövsümün ilk yarısını çarpaz bağın yırtılması səbəbindən buraxıb. İddialara görə, “Topçular” artıq tez-tez zədələnən...

“Arsenal”ın hücumçusu Qabriel Jezus klubu tərk etməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı braziliyalı futbolçu mövsümün ilk yarısını çarpaz bağın yırtılması səbəbindən buraxıb.

İddialara görə, “Topçular” artıq tez-tez zədələnən futbolçuya güvənmir.

Jezus qış transfer pəncərəsində – yanvarda komandadan ayrılmağa hazırdır. Forvarda həm Braziliya, həm də Avropadan təkliflər var.

Mənbələr bildirir ki, futbolçu karyerasını əsas heyətdə mühüm rol oynaya biləcəyi klubda davam etdirmək niyyətindədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər