Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qərarə əsasən, ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı irəli sürülmüş ittihamlarla bağlı toxunulmazlıq hüququndan istifadə edə biləcək.
Bildirilir ki, keçmiş prezident addımları ilə bağlı tam toxunulmazlığa malikdir, lakin bu, qeyri-rəsmi addımlara şamil edilməyəcək. Qərar 6 lehinə və 3 əleyhinə səs olmaqla qəbul edilib.
Bu qanun Donald Trampın 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək istəyi ilə bağlı ona qarşı qaldırılmış ittihamı üzərindən götürəcək və onun digər cinayət işlərinə də təsir edəcək.
Məhkəmənin qərarı faktiki olaraq bu ilin fevralında Federal Apellyasiya Məhkəməsinin Trampla bağlı qərarını rədd edir. Həmin qərara əsasən, Tramp ABŞ-ın indiki prezidenti Cozef Baydenin 2020-ci il seçkilərindəki qələbəsini ləğv etmək üçün törətdiyi cinayətlə bağlı toxunulmazlıq hüququna istinad edə bilməz.
Ölkənin hazırki prezidenti Co Baydenin əmhkəmənin bu qərarını pisləyib.
Baydenin sözlərinə görə, Trampın toxunulmazlığı ilə bağlı verilən hökm, prezidentin hərəkətlərində heç bir məhdudiyyətin olmadığı mənasına gəlir.
O, hər kəsin qanun qarşısında bərabər olduğunu və Trampın ittiham olunduğu cinayətlər üzrə cəzalanmalı olduğunu bildirib.