Operativ Məlumat Mərkəzi

ADY: Platformalar, piyada keçidi və körpülər qardan təmizlənir

1 dəq
Paylaş:
ADY: Platformalar, piyada keçidi və körpülər qardan təmizlənir
Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) vağzal, stansiya və dayanacaqlarda intensiv təmizlik və...

Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) vağzal, stansiya və dayanacaqlarda intensiv təmizlik və təhlükəsizlik tədbirləri görür.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" ADY-yə istinadən xəbər verir.

Bildirilir ki, platformalar, piyada keçidi və körpülər qardan təmizlənir. Həmçinin sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi cığırlar salınır.

“Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmalarını, dəmiryol xətlərini keçərkən müvafiq keçidlərdən istifadə etmələrini xahiş edir, təhlükəsiz səfərlər diləyirik”, - deyə məlumatda deyilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər