Operativ Məlumat Mərkəzi

"Zirə" növbəti mərhələyə vəsiqə qazandı

1 dəq
Paylaş:
"Zirə" növbəti mərhələyə vəsiqə qazandı

"Zirə" UEFA Liqasının II mərhələsində cavab oyununa çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Rəşad Sadıqovun olduğu kollektiv Slovakiyada "DAK-1904" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma təmsilçisinin qələbəsi ilə bitib - 2:1. "Qartallar"ın qollarını 25-ci dəqiqədə Rafael Utziq, 57-ci dəqiqədə penaltidən Qismət Alıyev vurub. Meydan sahiblərindən Alexandro Mendez 40-cı dəqiqədə fərqlənib.

Bakıda rəqibini dörd cavabsız qolla "Zirə" III təsnifat mərhələsinə vəsiqə qazanıb. Komanda bu raundda Xorvatiyanın "Osiyek" kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax