Operativ Məlumat Mərkəzi

Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb

2 dəq
Paylaş:
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb

Bu gün Bakı Hərbi Məhkəməsində davam məhkəmə prosesində şəxs İlham Həsənov ifadəsində Şuşanın silahlı qüvvələri tərəfindən işğal olunmasından danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, qardaşı Rövşən Həsənovun 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşada itkin düşdüyünü deyib. Bildirib ki, Şuşada şəhərin N.Nərimanov küçəsində ikiotaqlı mənzili və mənzilində olan mebel əşyaları qalıb.

“Həmin vaxt bombalar Şuşaya yağış kimi yağırdı”, - deyə o, Şuşanın işğalından danışarkən əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə , müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 25-də davam etdiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax