Əsas məzmuna keç

Zakir Həsənov İordaniyaya rəsmi səfər edib

Zakir Həsənov İordaniyaya rəsmi səfər edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib. Bu barədə "Operativ Məlumat...

Respublikasının general-polkovnik İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-mayor Yusif Al-Hnaiti ilə görüşüb.

Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun önündən keçdikdən sonra, protokola uyğun olaraq general-polkovnik Z.Həsənov ziyarətçilər kitabını imzalayıb.

Geniş tərkibdə keçirilən görüşdə hərbi, hərbi texniki sahədə , eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşün sonunda müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…