Operativ Məlumat Mərkəzi

Zahid Oruc: Şəhidlər Xiyabanının qorunması üçün xüsusi qanun lazımdır

2 dəq
Paylaş:
Zahid Oruc: Şəhidlər Xiyabanının qorunması üçün xüsusi qanun lazımdır

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Oruc bildirib ki, tətil dövründə Şəhidlər Xiyabanında baş verən əcnəbilərin qeyri- davranışları və illərdir bəzi siyasi qüvvələrin milli məkanlarını öz siyasi tribunasına çevirməsi “Şəhidlər xiyabanları haqqında” xüsusi qanunun qəbulunu zəruri edir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı qeyd edib ki, yeni qanun şəhidlərin xatirəsinin qorunmasını, ictimai davranış qaydalarını, memarlıq və abadlıq tələblərini, ziyarət mədəniyyətini və protokolları, eyni zamanda elektron bələdçilik və tədbirlərini əhatə edə bilər.

Deputat bildirib ki, Şəhidlər Xiyabanı kimi milli yaddaş məkanlarının siyasi mübarizəyə alət edilməsi yalnız etik deyil, həm də milli təhlükəsizlik məsələsidir.

"Yeni qanun bu məkanların toxunulmazlığını təmin etməklə, milli həmrəyliyi qorumaq və etik dəyərlərin üzərində vəhdəti gücləndirmək məqsədini daşıyır. “Şəhidlər xiyabanları haqqında” qanun qəbul olunsa, xalqın ruhən birləşdiyi məkanlar siyasi parçalanmaya alət edilməz və milli-mənəvi yaddaşın canlı saxlanmasına xidmət edər".

Aidə Qurbanlı

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax