Əsas məzmuna keç

Yol polisi sürücülərə müraciət edib - 24.12.2025

Yol polisi sürücülərə müraciət edib - 24.12.2025

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə ötmə və manevretmə qaydalarının pozulması halları ilə bağlı müraciət edib. İdarədən "Operativ Məlumat...

DİN-in Baş Dövlət İdarəsi sürücülərə ötmə və manevretmə qaydalarının pozulması halları ilə bağlı müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM" xəbərə görə, müraciətdə deyilir ki, ağır yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verir. Qarşı zolağa düşünülməmiş çıxış, yolun görünüş məsafəsinin düzgün qiymətləndirilməməsi, sürət və həddindən artıq güvən bir anın içində geri dönüşü olmayan faciəyə çevrilə bilər. Bu riskli qərar yalnız sürücünü deyil, yoldakı günahsız insanları da təhlükə altına qoyur.

Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə çağırışında aşağıdakılar vurğulanıb:

yalnız icazə verilən və təhlükəsiz hallarda edin;
• Tələskənliyə deyil, məsuliyyətə verin;
• Unutmayın: bir neçə saniyə qazanc üçün həyatları riskə atmağa dəyməz.

"Qaydalara əməl edin, həyatınızı və başqalarının həyatını qoruyun", - müraciətdə qeyd edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…