Operativ Məlumat Mərkəzi

Yol polisi küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib

2 dəq
Paylaş:
Yol polisi küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib

Baş Dövlət İdarəsi xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola ehtiyatlı olmağı, qaydalara ciddi riayət etməyi xahiş edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, sürücülərə yağışlı və küləkli havalarda sürət həddini hava şəraitinə uyğun seçmək, qəfil manevr və ya kəskin tormazlamadan çəkinmək, zərurət olmadan ötmə əməliyyatı aparmamaq tövsiyə olunur. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri isə küləkli havada daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edilərkən qapalı məkanlara verilməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax