Operativ Məlumat Mərkəzi

Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib

2 dəq
Paylaş:
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciətdə deyilir:

"Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artması məsələlərini daha da aktuallaşdırır. Nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, bəzi sürücülərin tələskənliyi və diqqətsizliyi məhz bu günlərdə yol qəzalarının baş verməsinə səbəb olur.

Həftəsonu istirahətinin təhlükəsiz keçməsi hər bir sürücünün yolda nümayiş etdirdiyi məsuliyyətli davranışdan asılıdır. Səfərə planlaşdıran sürücülərə bir daha xatırladırıq ki, nasaz vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydasını pozmaq qəza riskini ciddi şəkildə artırır".

"Unutmayaq ki, yolda qaydalara əməl etmək yalnız hüquqi öhdəlik deyil, həm də və sevdiklərimizi qorumağın ən sadə və vacib yoludur",- məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax