Operativ Məlumat Mərkəzi

Yevlaxda narkotik satışı və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

2 dəq
Paylaş:
Yevlaxda narkotik satışı və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində və əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri -axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, məhkum olunmuşlar - Elçin Qasımov, Zaur Əhmədov və Rəşxan Cəfərov saxlanılıblar. Onlardan ümumilikdə 3 kiloqrama yaxın olan marixuana və heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyatla oğurluq etməkdə şübhəli bilinən rayon sakini Murad Səmədov saxlanılıb. Onun rayonun Əkşəm kəndində fərdi yaşayış evindən nağd pul və qızıl-zinət əşyaları oğurlamaqla 20.500 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Vətəndaşa dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax