Operativ Məlumat Mərkəzi

Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir - 24.11.2025

2 dəq
Paylaş:
Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir - 24.11.2025

İnternet informasiya ehtiyatında yerləşdirilməsinə yol verilməməli olan edilən informasiyaların dairəsi genişləndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya stinadən xəbər verir ki, bu, Milli Məclisin siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün formatında keçirilən birgə iclasında müzakirəyə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən yeni - 13-2.3.6-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız İfadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yerləşdirilməsinə yol verməməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax