Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yanğına görə təxliyə olunan 26 körpə KTM-ə yerləşdirilib, vəziyyətləri stabildir

2 dəq
Paylaş:
Yanğına görə təxliyə olunan 26 körpə KTM-ə yerləşdirilib, vəziyyətləri stabildir

Ötən gecə Mərkəzdə baş verən yanğına görə mərkəzdən təxliyə olunan 26 körpə Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq KTM-dən bildirilib.

Məlumata görə, körpələrin vəziyyəti stabildir.

Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə başlanıb.

Hazırda istintaq- tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax