Operativ Məlumat Mərkəzi

Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb

1 dəq
Paylaş:
Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb

İşğaldan azad ərazilərə Böyük Qayıdış davam edir. Aprelin 29-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 15 ailə - 68 nəfər köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında , həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax