Operativ Məlumat Mərkəzi

Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb - 06.08.2025

2 dəq
Paylaş:
Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb - 06.08.2025

Xocalı şəhəri ərazisində Badara çayının sahilində yanğın hadisəsi törədən şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Xidmətinin qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının Xocalı rayonunda olan 2008-ci il təvəllüdlü Mirzəyevin ərazidə yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 40-50 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb. M.Mirzəyev məsuliyyətə cəlb olunub.

"Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, açıq ərazilərdə ocaq qalamaq və ya tüstülənməyə səbəb ola biləcək hərəkətlərə yol vermək, xüsusilə də yay mövsümündə ciddi ekoloji və riskləri yaradır. Bir anlıq məsuliyyətsizlik on hektarlarla sahəni məhv edə, təbiətə, kənd təsərrüfatına və insanlara böyük ziyan vura bilər. Vətəndaşlar bu hallara səbəb olacaq əməllərdən çəkinməli, təhlükəsizlik qaydalarına əməl etməlidir", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax