Operativ Məlumat Mərkəzi

Xızı polisi silahlı şəxs və yarım kiloqrama yaxın narkotik aşkar edib

1 dəq
Paylaş:
Xızı polisi silahlı şəxs və yarım kiloqrama yaxın narkotik aşkar edib

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən - tədbirləri nəticəsində rayon sakini, məhkum olunmuş Mehman Axundov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum edilmiş Mehrab Həmidli saxlanılıb. Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (470 qram) olan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Xızı RPŞ-də hər iki şəxsin barəsində başlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax