Əsas məzmuna keç

XİN məlumat yayıb - 14.11.2024

XİN məlumat yayıb - 14.11.2024

bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə "X"də yazıb. O bildirib ki, tarixi faktları təhrif etməmək lazımdır: "1919-cu il Sülh...

öz Konstitusiyasında dəyişikliklər edənə və bütün hüquqi və siyasi tələblərdən imtina edənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə "X"də yazıb.

O bildirib ki, faktları təhrif etməmək lazımdır: "1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə nümayiş etdirilən rayonlar məsələsinə gəldikdə ( onları Ermənistanın Sünik, Vayots-Dzor vilayətləri kimi tam Azərbaycanın tərkibinə daxil etdiyi, həmçinin Ararat, Armavir, Geqarkunik, Qismən daxil olan Tavuş, Şirak, Lori vilayətləri) tarixi faktları təhrif etməmək üçün xatırlatmaq lazımdır. Bu bölgələrin rəsmi olaraq Ermənistanın tərkibinə daxil edildiyi tarixlər, Azərbaycan xəritəsinin Antantaya təqdim edilməsindən xeyli sonradır: Sünik (Zəngəzur) – 30 noyabr 1920 və Vayots Dzor (Dərələyəz) – 10 avqust 1920. Sadalanan digər bölgələrə gəlincə, Baş nazirin sözlərinə görə, onların hissələrinin çoxu dəyişdirilmiş inzibati bölgü ilə Sovet Ermənistanına daxil edilmişdir ki, bu da bəzi hallarda 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi kimi müqavilələri pozub".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…