Operativ Məlumat Mərkəzi

XİN: Fransanın Cənubi Qafqazda neokolonialist təcrübəsini tətbiq etməyə çalışması qəbuledilməzdir

2 dəq
Paylaş:
XİN: Fransanın Cənubi Qafqazda neokolonialist təcrübəsini tətbiq etməyə çalışması qəbuledilməzdir

"Neokolonializmi hələ də davam etdirən, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən ölkələrdən biri kimi Fransanın bu gün özünü yalandan insan haqlarının və hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin (XİN) BMT-nin 4-cü Komitəsinin (Xüsusi Siyasi və Dekolonizasiya Komitəsi) iclasında Fransanın müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun idarə heyəti üzvünün çıxışına dair şərhində yer alıb.

Bildirilib ki, Fransanın heç bir əsası olmayan iddiaları, neokolonist həvəsləri, arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur.

"Bu gün Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə məsuliyyət daşımaq və tarixdən dərs çıxarmaq əvəzinə Azərbaycanın bölgəsində erməni separatizmini dəstəkləyərək geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neo-kolonialist mənfur təcrübəsini etməyə çalışması eyni dərəcədə təhlükəli və qəbuledilməzdir", - məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax