Əsas məzmuna keç

Xətaidə baş vermiş yanğın qısa müddətdə söndürülüb

Xətaidə baş vermiş yanğın qısa müddətdə söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunun N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” telefon xəttinə Bakı şəhəri, Xətai rayonunun N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının qarşısında yerləşən köşkdə baş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 12 olan taxta konstruksiyadan ibarət köşk və 60 kvadratmetr sahədə quru otluq ərazi yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…