Hər hansı ölkədə diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması çox ciddi məsələdir. Biz İran tərəfinin nəzərinə çatdırmışıq ki, səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov yanvarın 29-da jurnalistlərə açıqlamasında söyləyib.
“Biz dəfələrlə İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var. Buna görə də təhlükəsizlik tədbirlərinin artırılmasını tələb etmişdik. Baş verən hadisə göstərdi ki, İran bu tələblərimizə məsuliyyətsiz yanaşıb”, - deyə xarici işlər nazirinin müavini qeyd edib.
Xələf Xələfov: "Təhlükəsizliyin təmin edilməsində İrana etibarımız yoxdur"
Əlaqəli xəbərlər
Daxili Siyasət
XİN müavinlərinə səfir rütbəsi verildi
Daxili Siyasət
Diplomatların peşə bayramı qeyd olundu
Daxili Siyasət
Ceyhun Bayramov diplomatları təbrik etdi
Daxili Siyasət
Bir qrup diplomata diplomatik rütbələr verilib
Növbəti xəbər yüklənir…