Operativ Məlumat Mərkəzi

Xarici narkotacirlərə kuryerlik edən şəxslər saxlanılıb

2 dəq
Paylaş:
Xarici narkotacirlərə kuryerlik edən şəxslər saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri zamanı xaricdə narkotacirlərin narkokuryerliyə cəlb etdiyi şəxslər saxlanılıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında şöbə əməkdaşlarının keçirdikləri tədbir zamanı Mingəçevir şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Cavid Babayev saxlanılıb. Üzərindəki bağlamaya baxış keçirilərkən 1 kiloqram 525 qram qurudulmuş marixuana, 175 qram tiryək, metamfetamin, “AK-74” markalı avtomat, 28 ədəd patron və 2 daraq aşkarlanıb.

Araşdırma zamanı müəyyən edilib ki, C.Babayev tanışı, özünü Ramal kimi təqdim edən Səxavət Camalzadənin əsasında Oğuz rayonuna gəlib və 1000 manat qarşılığında ona deyilən ərazidən həmin bağlamanı Bakıya aparmaq üçün razılaşıb. Davam etdirilən tədbirlərlə S.Camalzadə də şübhəli şəxs qismində saxlanılıb. O, ifadəsində sosial şəbəkədə tanış olduğu xarici ölkədə yaşayan narkotacir tərəfindən həmin narkotik vasitənin və odlu silahın Oğuzdan paytaxta çatdırılması təklifi aldığını, həmin təklifi də Mingəçevir şəhərində yaşayan C.Babayevə yönləndirdiyini bildirib.

Faktla bağlı başlanıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax