Operativ Məlumat Mərkəzi

Xaçmazda meşə ərazisində yanğın olub

2 dəq
Paylaş:
Xaçmazda meşə ərazisində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə rayonunun Aslanoba kəndində taxıl sahəsi və yaxınlıqdakı meşə ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək sıx əraziyə və digər əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 2ha biçilmiş taxıl sahəsi və 1ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Sıx meşəlik və ətrafdakı əkin sahələri yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax