Operativ Məlumat Mərkəzi

Vuçiç bu səbəbə görə Azərbaycana səfər edə bilməyəcək

2 dəq
Paylaş:
Vuçiç bu səbəbə görə Azərbaycana səfər edə bilməyəcək

Martın 1-də Respublikasının Prezidenti Aleksandar Vuçiç Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

zamanı Aleksandar Vuçiç Serbiya ilə Kosovo arasında Brüsseldə keçirilən dialoq səbəbindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə görüşündə iştirak edə bilmədiyini dedi, Serbiyanı Bakıdakı tədbirdə nazirinin təmsil edəcəyini bildirib. Serbiya Prezidenti bu dialoqun gedişi barədə dövlətimizin başçısına məlumat verib.

Aleksandar Vuçiç Serbiyanın dost Azərbaycan ilə qarşılıqlı hörmət və anlaşmaya, o cümlədən dəstəyə əsaslanan münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

iki dövlət başçısının yüksək şəxsi münasibətləri sayəsində dinamik inkişaf edən Azərbaycan-Serbiya strateji tərəfdaşlığını yüksək qiymətləndirdiyini vurğulayıb, bu ilin də ikitərəfli münasibətlərimiz üçün uğurlu olacağına ümid etdiyini bildirib.

Söhbət zamanı enerji sahəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax