Operativ Məlumat Mərkəzi

“Unibank” silahlı insidentlə bağlı məlumat yaydı

2 dəq
Paylaş:
“Unibank”  silahlı insidentlə bağlı məlumat yaydı

“Bu gün günorta saatlarında Xətai rayonu ərazisində supermarketdə baş vermiş silahlı hücum faktı zamanı həlak olan mühafizə əməkdaşı Həsənov Rüfət Rahib oğlunun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk”.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə “ Kommersiya Bankı” ASC məlumat yayıb.

“Silahlı hücum nəticəsində ağır yaralanan Unibankın əməkdaşı, kassir-inkassator Samir Ruslan oğluna şəfa diləyirik. Hazırda Samir Şeydayevin xəstəxana şəraitində müalicəsi davam etdirilir. Əməkdaşımızın müəlicəsi ilə bağlı bütün tədbirlər bank rəhbərliyinin diqqətində saxlanılır.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və -axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat rəsmi qurumlar tərəfindən veriləcək. Media nümayəndələri və istifadəçilərindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur” - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax