Operativ Məlumat Mərkəzi

Türkiyənin sabiq XİN başçısı Prezident İlham Əliyevi təbrik edib

2 dəq
Paylaş:
Türkiyənin sabiq XİN başçısı Prezident İlham Əliyevi təbrik edib

1991-1994-cü illərdə Türkiyənin naziri, Nizami Gəncəvi Mərkəzinin üzvü Hikmət Çətin Respublikasının Prezidenti İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab !

Qarabağ probleminin sülh yolu ilə həlli üçün 30 il gözlədikdən sonra məcburən müharibə edərək qalib gəldiniz. Böyük Zəfər qazanmağınız münasibətilə Sizi bir daha təbrik edirəm. Təəssüf ki, beynəlxalq aləmdə haqlı olmaq problemi həll etmir. Hərbi sahədə güclü olmaq lazımdır. Güclü olan haqlıdır. Siz Qarabağda bunu sübut etdiniz, güclü oldunuz və qalib gəldiniz.

Bu yaxınlarda Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olanlara Allahdan rəhmət, onların ailələrinə səbir diləyirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək onu da bildirirəm ki, sentyabrın 20-21-də Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XXVI toplantısı uğurla keçdi. Nailiyyətlərin davamlı olmasını arzu edirəm.

Sizə cansağlığı arzulayır, dərin ehtiramımı bildirirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax