Operativ Məlumat Mərkəzi

Tofiq Yaqubluya hökm oxundu

2 dəq
Paylaş:
Tofiq Yaqubluya hökm oxundu

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə olunan jurnalist Elnur Məmmədovun işləri üzrə məhkəmə prosesi yekunlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Tofiq Yaqublu 9 il, Elnur isə 8 il müddətə azadlıqdan edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il, Elnur Məmmədovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, T.Yaqublu və E.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax